Ağstafada yerli məmur vəzifəyə pulla təyin olunduğunu deyir - ŞOK iddia
27-08-2015, 21:08
Ölkə əhalisinin müəyyən sosial problemlərinin həlli ilə bərabər, hər kəsin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına və.s olan ehtiyaclarının ödənilməsi də, zaman-zaman aktuallıq kəsb edən məsələlərdən biri olub. Amma, bütün bunlara baxmayaraq bəzi vəzifə sahiblərinin daşıdığı vəzifəsinə səhlənkar yanaşmaları, sakinlərin üzləşdikləri problemlərin həllinə münasibətdə sayğısızlıq nümayiş etdirmələri, üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca dərk etməmələri və.s, əslində sosial problemlərin əmələ gəlməsini zəruri edən səbəblərdir. Bu sırada Ağstafa rayon Qaz İstismarı İdarəsinin müdiri cənab Şəhadət müəllimin də adı, idarəetməni belə bir formada həyata keçirən vəzifə sahiblərinin adları ilə eyni çəkilməkdədir. Çünki, onun bu günədək qol qoyduğu maxinasiyalar, çoxsaylı qanunsuzluq əməlləri, məhz Şəhadət müəllimin adının dillər əzbəri də olmasına səbəb olub.
Belə ki, bir neçə gün bundan əvvəl rayonun Dağkəsəmən kənd sakini olan və hələlik adının çəkilməsini istəməyən şəxsin redaksiyamıza verdiyi məlumatlara görə, Şəhadət müəllimin rəhbərlik etdiyi idarə, artıq xeyli müddətdir ki, kənd sakinlərini mavi qaz üzünə həsrət qoyub. Elə ki, problemin həlli ilə bağlı ona sual verilib cavab tələb olunur, bu zaman o, belə bir cavab verir ki, “Siz məndən nə istəyirsiniz? Mən daşıdığım vəzifədə elə-belə oturmamışam, pulumu vermişəm, məni də bu vəzifəyə təyin ediblər” deyir. Çox maraqlı və diqqəti cəlb edən cavab olur ki, bu da Ağstafa rayon Qaz İstismarı İdarəsinin müdirinin dilindən səslənir.
Diqqəti cəlb edən hal odur ki, görəsən cənab Əkbər Hacıyev rayonun strateji bir sahəsinə rəhbərlik edən Şəhadət müəllimi, bu vəzifəyə təyin edərkən, ona idarəetməni belə bir formadamı həyata keçirməyi tapşırıb? Və Ağstafada Qaz İstismarı İdarəsinə rəhbərlik edən Şəhadət müəllimdən, istənilən məbləği aldıqdan sonramı onu belə bir strateji sahəyə rəhbər təyin edib?
Sözsüz ki, belə bir açıqlamalar cənab Şəhadət müəllimə məxsus olduğundan hələlik bir söz deyə bilmərik. Deyəcəyimiz söz yalnız o olacaq ki, idarə rəisi verdiyi açıqlamaları ilə, əslində “Azəriqaz”ın rəhbərini rüşvət almaqda ittiham etmiş olur. Bunun isə bədəli ağır olmalıdır... Ən azından kimsə özünü sübut etməlidir. Ya ittiham edən, ya da ittiham olunan...