55 saylı məktəbdə iki direktor müəmması – FOTO

28-08-2015, 12:31           
55 saylı məktəbdə iki direktor müəmması – FOTO
Bakının 55 saylı məktəbində direktorla bağlı yaşanan ilk kriminal Vahid Dəmirov deyil. Bir neçə il əvvəl həmin məktəbin direktoru işləmiş Ulduzxan Abdullayev də rüşvət ittihamı ilə həbs edilmişdi.

TİA.AZ xəbər verir ki, onun sonradan həbsdən necə azad olunmasına dair məlumatlar bəlli deyil. Ulduzxan Abdullayev hazırda Xətai rayonunda yerləşən 58 saylı məktəbə rəhbərlik edir.
Xatırladaq ki, Dəmirov barəsində cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub. 55 saylı orta məktəbdən sayta bildirilib ki, V.Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.
Özü isə lent.az-a bunları deyib: “Mənim barəmdə cinayət işinin başlaması ilə bağlı xəbərlər düz deyil. Bir müddət əvvəl 1000 manat borcum olub. Onu da qaytarmışam. 1000 manata görə niyə qaçım ki? Məsələ ay yarım əvvəl həll olunub, bitib”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.