“Dəymiş ziyanı ödəməyə hazıram” - Bayraq Meydanının eks-rəisi

28-08-2015, 15:33           

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Dövlət Bayraq Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovla görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan R. Məmmədovun saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur:

“Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinir. Özünü günahkar bilir. Bizimlə söhbət zamanı söylədi ki, məhkəmə zamanı dəymiş ziyanı ödəməyə çalışacaq ki, cəzası yüngül olsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.