Könül Xasıyevaya 1 milyon 200 min "atdılar?” - ŞOK İDDİA

26-03-2018, 20:06           
Könül Xasıyevaya 1 milyon 200 min "atdılar?” - ŞOK İDDİA
Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya bir milyon iki yüz min manat "atıldığı" barədə iddialar səsləndirilib

Xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.

İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, "şəriki" qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma "şərik" pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.

Əldə etdiyimiz xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdlərimiz baş tutmayıb.

Qeyd edək ki, K.Xasıyeva uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.

Bir daha qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumat sadəcə iddiadır. Həqiqətin necə olduğunu yalnız Könül Xasıyeva bilir.
fia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru