Yanmış ticarət mərkəzinin sahibi olan milyarder Avstraliyada yaşayırmış

26-03-2018, 21:19           
Yanmış ticarət mərkəzinin sahibi olan milyarder Avstraliyada yaşayırmış
Rusiya Dövlət Dumasının Kemerovodan olan deputatı Anton Qorelkin bildirib ki, dünən faciə baş vermiş “Zimnyaya vişnya” (Qış albalısı) ticarət mərkəzinin əsl sahibi hazırda Rusiyada deyil, Avstraliyada yaşayır

Virtualaz.org “Tsarqrad” telekanalına istinadən xəbər verir ki, Qorelkinin sözlərinə görə, TM-nin əsl sahibi “qənnadı kralı” Denis Ştengelovdur. O, “KDV Qrupp” şirkətlər qrupunun sahibidir. Milyarderin bir müddət əvvəl Avstraliyaya köçərək, orada yaşadığı bildirilir.

“Ticarət mərkəzinin mülkiyyətçilik sistemi çox mürəkkəbdir, ortada bir neçə hüquqi şəxsin adı var. Lakin bu mərkəz onun puluna tikilib. Məhz bu adam bilməli idi ki. orada nə və necə tikilir, nə cür istifadə olunur”, – deputat əlavə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru