Slavyan Universitetdən geri addım - Tələbələr...

28-03-2018, 16:44           
Slavyan Universitetdən geri addım - Tələbələr...
Bakı Slavyan Universitetinin bir neçə əcnəbi tələbəsinin universitetdən xaric olunması mübahisəsi barədə məlumat vermişdik.

(Əvvəlki yazı burada)
Universitetdən xaric olunma təhlükəsi ilə üzləşən Magistratura şöbəsinin II kurs magistrantı İsmayılova Aysel Xanbaba qızı Femida.az-a müraciət etmişdi.

AzNews.az xəbər verir ki, Aysel İsmayılovanın hüquqlarını müdafiə edən hüquqşünas Ellada Bayramovanın Femida.az -a verdiyi məlumata görə, tələbələrin universitetdən xaric olunma məsələsi artıq müsbət həllini tapıb. Onun sözlərinə görə,bununla bağlı artıq Təhsil Nazirliyinin rəsmi məktubu universitetə göndərilib.Tələbələr bundan sonra da təhsilini universitetdə davam etdirəcək.

Xatırladaq ki,bir neçə tələbə miqrasiya məsələsinə görə universitetdən xaric olunmaq təhlükəsi ilə qarşılaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru