Tibbi sığortada tərəflərin məsuliyyətində dəyişiklik edilib

3-04-2018, 15:42           
Tibbi sığortada tərəflərin məsuliyyətində dəyişiklik edilib
"Tibbi sığorta haqqında" qanunda dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, dəyişikliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, hazırkı mövcud qanunvericiliyə əsasən isə bu kimi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiya tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru