Bu il Harvarda qəbul olunan yeganə azərbaycanlı bakalavr - Təqaüd də alacaq

6-04-2018, 23:03           
Bu il Harvarda qəbul olunan yeganə azərbaycanlı bakalavr - Təqaüd də alacaq
Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

teref.az AzEDU.az-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, "Dünya tarixi” və "2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb.

İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru