ABŞ kosmosda ilk otel açacaq

7-04-2018, 08:41           
ABŞ kosmosda ilk otel açacaq
2022-ci ildə dünyada ilk dəfə kosmik stansiyada otel açılacaq.

"Report" "SpaceNews" istinadən xəbər verir ki, kosmosdakı oteldə 12 günlük qalmaq üçün 9,5 milyon dollar xərcləmək lazım gələcək.

Bu məbləğə uçuşa üç aylıq hazırlıq müddəti, həmçinin kosmik stansiyaya gediş və geri qayıtmaq xərcləri daxildir. "Aurora" orbit stansiyasında mehmanxananın layihəsinin keçirilməsi ilə ABŞ-ın "Orion Span" şirkəti məşğuldur.

Mehmanxananın sahəsi 42 kvadrat metrdir. Ora 4 qonaq və 2 heyət üzvü yerləşə bilər.

Qonaqlar Yerdən 320 kilometr yüksəklikdəki mehmanxanada yerləşəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru