Şamaxı yenə sürüşür- SON DURUM

11-05-2018, 09:19           

Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.

Gununsesi.info bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, sürüşmə sahələrində qeydə alınan mövcud çatların parametrlərində genişlənmə müşahidə edilir. Ümumilikdə, bu sürüşmə sahələrindəki aktivlik təbii amillərlə izah oluna bilər.

Ekspedisiya rəisi əlavə edib ki, nazirliyin mütəxəssisləri tərəfindən adları çəkilən ərazilərdə monitorinqlər həyata keçiriləcək.

Ə.Qaralov qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində, Abşeron rayonu Masazır qəsəbəsindəki Zəli gölü adlanan sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində aktivlik müşahidə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru