Bakıda bina tikintisi zamanı tarixi abidə üzə çıxdı - Deputatın şirkəti gizlədir

6-06-2018, 18:52           
Bakıda bina tikintisi zamanı tarixi abidə üzə çıxdı - Deputatın şirkəti gizlədir
Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Salatın Əsgərova küçəsində "Malibu Rezidens" şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.

Tapıntıların qədim dövrlərə aid tarixi abidənin qalıqları, yeraltı yolun isə "İçərişəhər"ə və ya "Qız Qalası"na gedən gizli yol olduğu ehtimal edilir. Sonradan tikinti şirkəti qazılan ərazinin üzəri torpaqla örtrək, gizlədib.

Şahidlərin verdiyi məlumata görə, tarixi abidə müvəqqəti gizlədilsə də, sonradan tikinti işlərinin davam etdirilməsi planlaşdırılır.

Nəzərinizə çatdıraq ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru