Xaricilər Azərbaycan banklarındakı əmanətlərini çıxartmağa başlayıb –Hesabat açıqlandı

11-06-2018, 23:34           

Azərbaycanda qeyri-rezindentlər banklardakı əmanətlərini geri çəkməyə başlayıb.

Aprel ayı ərzində qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarındakı əmanətlərinin həcmi 24,7 mln. manat və ya 3,3% azalaraq mayın 1-nə 726,2 mln. manat təşkil edib. “Report” bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 140,7 mln. manat və ya 16% azalma qeydə alınıb. Mayın 1-nə əsasən qeyri-rezindetlərin banklardakı əmanətlərinin 652,3 mln. manat və ya 89,8%-i xarici, 73,9 mln. manat və ya 10,2%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il aprelin sonuna əsasən fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 155,1 mln. manat və ya 90,8%-i rezidentlər, 726,2 mln. manat və ya 9,2%-i qeyri-rezidentlər tərəfindən yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru