«Azərbaycanla əmtəə dövriyyəsini artırmaq əzmindəyik» – Rusiya səfiri…

12-06-2018, 09:27           
«Azərbaycanla əmtəə dövriyyəsini artırmaq əzmindəyik» – Rusiya səfiri…
Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bəyan edib ki, Moskva və Bakı əmtəə dövriyyəsini artırmağa çalışır.

«Xeyli rəmzidir ki, hər iki ölkənin başçıları yeni müddətə seçiliblər. Sabitlik bizim münasibətlərimizə cavab verəcək. Prezidentlər daim dialoq aparırlar. Mən əminəm ki, bu ənənə cari ildə də davam etdiriləcək» – deyə, Boçarnikov «Rusiya günü»nə həsr olunmuş mərasimdə bildirib.

Onun sözlərinə görə, «tərəflər əmtəə dövriyyəsini artırmağa, sənayedə əməkdaşlığı yüksəltməyə can atırlar». «Münasibətlərimizdə yer almış əla atmosfer buna şərait yaradır» – deyə, səfir bəyan edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2017-ci ildə Azərbaycanın Rusiya ilə əmtəə dövriyyəsi 2,14 milyard dollar təşkil edib ki, bunun 1,5 milyard dollarını Rusiya məhsullarının idxalı təşkil edib. İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi bundan əvvəlki illə müqayisədə 4,3 faiz artıb.

İbrətamizdir ki, Rusiyanın ölkəmizdəki səfiri Rusiya-Azərbaycan iqtisadi əlaqələrindən danışarkən, Azərbaycanın hərtərəfli inkişafına bir buxova çevrilmiş Qarabağ münaqişəsindən (əslində, «bolşoy perekur» götürmüş MÜHARİBƏ!) bircə kəlmə də söhbət açmayıb – axı bu müharibənin «dirijor çubuğu» Rusiyanın əlindədir…
AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.