Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

12-06-2018, 10:06           

Bir çox insan yaxşı yuxunun həm fiziki həm zehni sağlamlıq üçün çox önəmli olduğunu bilirlər. Ancaq hansı mövqedə yatmağımız da yuxu saatı qədər önəmli faktordur.

Yatarkən seçdiyimiz mövqe sağlamlığımıza təsir edir, dərimizin gənc və sağlam görünməsinə kömək edir, həzm sisteminə müsbət təsir edir.

Sol tərəfimizin üstündə yatmaq sağlamlığımızı ciddi şəkildə müalicə edir və hətta həyatımızı belə qurtara bilir. Araşdırmalara görə sol tərəf üstündə yatmaq- mədə yanması simptomlarını azaldır, həzm sistemini düzəldir və ürəyə gedən qan dolaşımına müsbət təsir edir. Məhz buna görə də hamilə qadınlara bu mövqedə yatmaq tövsiyyə olunur.

Sağ tərəfdə yatmaq isə limfa sisteminizin daha yavaş işləməsinə səbəb olur. Toksinlərin uzun müddət yığılmasıisə ölümcül xəstəliklərə tutulma riskini artırır.

Kürəyi üstə yatmaq nəfəs almaqda problem yaradır. Özəlliklə asma xəstəliyindən əziyyət çəkənlər üçün bu mövqe olduqca təhlükəlidir.

Əgər kürəyi üstə,sağ və üz üstə yatmağa üstünlük verirsinizsə, sağlamlığınız üçün bu vərdişdən qurtulub sol tərəfiniz üstə yatmağa cəhd etməlisiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru