Oqtay Əsədov deputatların təklifinə etiraz edib: - “Belə olmaz axı..”

12-06-2018, 19:06           
Oqtay Əsədov deputatların təklifinə etiraz edib: - “Belə olmaz axı..”
Milli Məclisin sədri Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb.

“Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanunun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq...”-deyə, parlamentin sədri vurğulayıb. Qeyd edək ki, bəzi deputatlar hazırki “Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru