AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – FOTO

13-06-2018, 00:59           
AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – FOTO
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının loqosunda qədim türk (run) əlifbasında yazı diqqət çəkib.

Mərkəzi Elmi Kitabxananın tarixi 1924-cü ilə gedib çıxsa da, 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu alıb. Məhz bundan sonra loqo və atributları yaranıb, yeni və müasir bina ilə təmin edilib.

Maraqlıdır ki, AMEA MEK-in loqosunda əski türk hərfləri yalnız diqqətlə baxanda göründüyü üçün o qədər də fərqinə varılmır. Loqonun daxilindəki dairənin sol-sağ künclərində əks olunan qədim əlifbamızdakı 4 hərf Tenqri (Tanrı) sözünü ortaya çıxarır.

Məxsusi olaraq vurğulayaq ki, orda əksini tapan qədim türk hərfləri ilə birgə loqo çox mükəmməl hazırlanıb və əsl elm ocağına layiq formadadır.(kult.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru