“Nağdsız Azərbaycan”ın məqsədi budur – Millət vəkili

15-06-2018, 23:38           

Azərbaycan hazırda nağdsız hesablaşmalar istiqamətində çoxlu işlər görür.

Bu sözləri Axar.az-a Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamasını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“Ümumiyyətlə, son zamanlar nağd hesablaşmalarla əlaqədar qanun qəbul etmişik, eyni zamanda, müəyyən məhdudiyyətlər də qoyulub. Çünki dünyada elektron ticarət fəaliyyət göstərir, artıq hesablaşmalar zamanı müəyyən internet saytlarından istifadə edilir. Nəticədə nağd hesablaşmalar kəskin azalır, bir çox məsələlər daha çox kartlar və köçürmələr vasitəsilə həll olunur. Azərbaycanda bu istiqamətdə çoxlu işlər görülür. Mərkəzi Bank da hazırda Azərbaycanda nağdsız hesablaşmaların çoxalmasına çalışır. “Nağdsız Azərbaycan” adlı dövlət proqramı nəticəsində nağd hesablaşmalar azaldılacaq. Ümumi strategiya bundan ibarətdir”, - deputat bildirib.
Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov yaxın gələcəkdə “Nağdsız Azərbaycan” adlı dövlət proqramının qəbul ediləcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru