Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

16-06-2018, 12:55           

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

“AzeriDefence” saytının verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.

Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.

AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru