Tehran-Bakı dəmiryol xətti yaxın günlərdə açılacaq

25-06-2018, 10:21           
Tehran-Bakı dəmiryol xətti yaxın günlərdə açılacaq
Azərbaycan və İran iki ölkənin paytaxtlarını birləşdirəcək dəmiryol xəttinin işə salınması barədə danışıqlar aparır.

Bunu “İran dəmir yolları”nın nümayəndəsi Mir Həsən Musəvi məlumat verib.

Bu dəmir yolunun Bakını Azərbaycanın Astara şəhəri ilə, daha sonra İranın eyni adlı şəhərindən keçməklə paytaxt Tehranla əlaqələndirəcəyi planlaşdırılır.

M.H.Musəvinin sözlərinə görə, İran tərəfi yolun tikintisini sürətləndirmək üçün bütün zəruri məsələləri, xüsusilə də hüquqi və gömrük məsələlərini həll etmək niyyətindədir:

“Xətt Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsindən sonra işə salınacaq. Bu, “Şimal-Cənub” nəqliyyat marşrutunun tərkib hissəsi olacaq. Bu xəttin işə salınması hər iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək”.

O, həmçinin əlavə edib ki, bu gün Azərbaycan və İran Naxçıvan-Məşhəd dəmiryol marşrutu üzrə sərnişin axınının artırılması üzərində işləyir.

trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru