Regional davamlılıq indeksi hazırlanıb –14 ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb

26-06-2018, 01:08           

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Avropa və “Şərq Tərəfdaşlığı” ölkələrindən olan 13 digər təşkilatla birlikdə Rusiyanın ictimai fikirə təsir imkanları mövzusunda tədqiqat aparıb. Təşkilatdan Strateq.az-da verilən məlumata görə, tədqiqat çərçivəsində 14 ölkədə mövcud vəziyyətin ümumi qiymətləndirilməsi aparılıb, media landşaftı, medianın hüquqi tənzimlənməsi, institusional tərkibi və media savadlılığının mövcud durumunu təhlil edib. Araşdırma nəticəsi olaraq Dezinformasiya Davamlılığı İndeksi də hazırlanıb. İndeks dezinformasiyaya məruz qalma və bu tipli fəaliyyətə qarşı milli səviyyədə olan mövcud dözümlülüyün kəmiyyət qiymətləndirilməsidir.
Layihənin məqsədlərindən biri də dezinformasiyaya qarşı dözümlü olan aktorları müəyyən etmək və digər aktorlarda olan çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verməkdir.

Layihə çərçivəsində hazırlanmış tədqiqata aşağıdakı keçidə keçməklə baxa bilərsiniz:

http://prismua.org/wp-content/uploads/2018/06/DRI_CEE_2018.pdf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru