MTK rəhbərindən "Space"in müxbirinə RÜŞVƏT TƏKLİFİ: - "Camaatın dərdi sənə qalıb?"

26-06-2018, 23:30           
 MTK rəhbərindən "Space"in müxbirinə RÜŞVƏT TƏKLİFİ: - "Camaatın dərdi sənə qalıb?"
Space Tv-nin "Olar? Olmaz!" verilişinin ötən gün yayımlanan buraxılışı baş tutub.

Unikal.org xəbər verir ki, teleaparıcı Amil Xəlil Bakıda xeyli sayda insanların şikayyəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayyətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayyətçilər arasında ciddi münaqişə yaranıb.

Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı "Mən belə şeylərə getmirəm qardaş" deyərək məkanı tərk edir.

Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.
[media=https://www.youtube.com/watch?v=vP4__Sm_tKo]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru