Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılıb - SƏRƏNCAM

27-06-2018, 16:11           
Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılıb - SƏRƏNCAM
Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılıb.

“APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Qanuna görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə görə 20 manat rüsum tətbiq ediləcək. Mövcud qanuna görə isə bu rüsum 10 manatdır.

Bundan başqa, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə dövlət rüsumu 12 manat məbləğində müəyyənləşdirilib. Hazırkı qanuna görə bu rüsum 4 manatdır.

Qeyd edək ki, qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru