Ordumuzun gücü təkcə paraddakı texnikada deyil - Politoloq

28-06-2018, 09:08           

Keçirilən parad ümumiyyətlə, həm dostlara, həm də düşmənlərə ümumi bir mesaj idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, dostlar Azərbaycanın belə yüksək peşəkarlıq səviyyəsi olan, eyni zamanda, ən müasir texnika ilə təchiz olunmuş ordusu olduğu üçün sevindi, düşmən isə hələ də çaşqınlıq içərisindədir:

“Keçirilən 5-ci paradda artıq tək sovet, Rusiya silahları deyil, dünyanın ən aparıcı ölkələrinin müasir silahları və Azərbaycanın istehsal etdiyi hərbi texnika da nümayiş etdirilirdi. Eyni zamanda, ordumuzda kadr potensialının çox yüksək səviyyədə olduğu hiss olunurdu. Azərbaycan dünyaya göstərdi ki, istənilən pilotajı yerinə yetirən, texnikalardan istifadə edə bilən yüksək peşəkar zabit və əsgər heyəti var”.

Politoloq vurğulayıb ki, Ali Baş Komandanın daim diqqətində olan Ordumuzun imkanları nümayiş olunandan daha genişdir:

“Əsas məqam ondan ibarətdir ki, Ordumuzda böyük bir ruh yüksəkliyi var və bu, ən böyük silahdır. 26 iyunda Azərbaycan vətəndaşları həm qürur, həm də həyəcan keçirirdi. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir və daim ordusunu gücləndirməkdədir. Bu paradda Qafqazın ən güclüsü olduğunu Ordumuz təsdiqlədi".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.