Jurnalist ATV-nin prezidentinə müraciət etdi - "50 min dollar ayırın, əməkdaşınızın körpəsini xilas edin"

28-06-2018, 20:14           

Azad Azərbaycan Televiziyasının eks əməkdaşı, jurnalist Aqil Uluxanlı ATV – nin prezidenti Azər Xəlilova çağırış edib.
Belə ki, hazırda xəbərlər departamentində redaktor olan Bəxtiyar Fətullayevin oğlu Hüseynin uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsi videosunu facebook hesabında paylaşan Uluxanlı 50 min dolların şirkət tərəfində ödənilə bilmə imkanını olduğunu qeyd edərək çağırış edib:
“ATV telekanalında əməkdaş olduğum Bəxtiyarın övladı Hüseynin sağalması üçün bütün məşhurlar çağırış etdi, “Maşin şou”da avtomobilin Hüseynin sağalması üçün veriləcəyi deyilsə də, nəticə yoxdur. Əgər bir əcnəbinin konsertinə 5-10 min xərcləyənlər, paltarına 8 min manat pul verən məşhurlar və yaxud ayı əti, krokodil, nə bilim nə əti yeyənlər körpəni bu əzabdan qurtara bilməzmi? Mən ATV rəhbərliyinddən bir vətəndaş olaraq xahiş edirəm ki, heç olmasa iki verilişdən gələn reklamlardan maliyyə ayırıb öz əməkdaşınızın övladını xilas edin. O xeyriyyə çarxını bütün imkanlı şəxslər, məmurlara kimi, hər kəs görüb. Mən anlamıram, indiki dövrün Hacı Zeynalabdin Tağıyev kimi kişiləri yoxdur? Nədən qeyibə çəkilib?“

Əməliyyat üçün 50 min dollar lazımdır deyə Aqil Uluxanlı facebook səhifəsində paylaşım edib.
Maraqlıdır, hansısa özəl kanal bu xeyriyyə addımını atıb, ATV nin əməkdaşı Bəxtiyar Fətullayevin övladını əməliyyat etdirsə əgər, sözü gedən kanal üçün eyib olmazmı?

Qeyd edək ki, ATV Telekanalında yayımlanan reytinqli verilişlərdə bir çox xəstələrin əməliyyatı üçün xeyirxah insanların dəstəyi ilə vəsait yığılb, köməklik göstərilib. Onu da vurğulayaq ki,”Həyat fondu” xeyriyyə verilişi, (aparıcısı Hacı Nuran ) və ya Bizimləsən (aparıcı Zaur Baxşəliyev) verilişi yüzlərlə ehtiyacı olan insanların köməyinə çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.