“WhatsApp”a yeni funksiya gəlir – Sizi xəbərdar edəcək

8-07-2018, 11:49           
“WhatsApp”a yeni funksiya gəlir – Sizi xəbərdar edəcək
“WhatsApp” bir müddət əvvəl “Ucdan-uca şifrələmə” (End-To-End Encryption) funksiyası ilə istifadəçilərə daha təhlükəsiz təcrübə yaşatmağı vəd etmişdi. İndi isə artıq proqram üzərindən göndərilən hər link analiz ediləcək və zərərli olduğu halda istifadəçiyə bildiriləcək.

Minval.info” Technote-yə istinadən xəbər verir ki, lakin linkə daxil olmaq seçimi sizdə olacaq.

Yəni, “WhatsApp” bildirişlərini nəzərə almadan linkə daxil ola biləcəksəniz.

Artıq “WhatsApp Beta” istifadəçiləri proqramın 2.18.206 versiyasında bu funksiyanı istifadə edə bilirlər. Qısa zaman ərzində funksiyanın hər kəs üçün istifadəyə verilməsi gözlənilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru