45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ

10-07-2018, 19:57           
45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ
Bir neçə ay əvvəl azərbaycanlı ekoloq, Azərbaycanın Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov ölkədə 45 dərəcə isti proqnozunu vermişdi. Onun proqnozu iyulun 1-də gerçəkləşdi, Bakıda havanın temperaturu 45 dərəcə rekorduna çatdı.

Oxu.Az-a açıqlama verən ekoloq gələn ay üçün hava şəraiti ilə bağlı yeni proqnozunu səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda dəyişkən hava şəraiti müşahidə olunacaq.

“Küləkli, yağışlı və yenidən isti olacaq. Havanın temperaturu avqustda yenidən rekord həddə çata bilər”, - ekoloq bildirib.

Zeynalovun proqnozuna görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər.

“Rütubət 30-40%-ə qədər azalıb və bu artıq məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq problemlərinə gətirib çıxara bilər”, - ekoloq əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru