Xanlar Fətiyev şəhid polislərin dəfnini yarımçıq tərk etdi - GƏNCƏNİN DEPUTATI İSTİYƏ TAB GƏTİRMƏDİ

11-07-2018, 20:58           
Xanlar Fətiyev şəhid polislərin dəfnini yarımçıq tərk etdi - GƏNCƏNİN DEPUTATI İSTİYƏ TAB GƏTİRMƏDİ
Xanlar Fətiyev şəhid polislərin dəfnini yarımçıq tərk etdi
Bu gün Gəncədə qətlə yetirilən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasovun dəfn mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, hava şəraitinin kəskin isti olmasına baxmyaraq, minlərlə insan bu mərasimə qatılıb.

Mərasimdə Daxili İşlər Nazirinin, Baş Prokurorun müavini, Milli Məclisin üzvləri və digər hökumət rəsmiləri qatılıb.

Həmin şəxslərdən fərqli olaraq, Gəncənin deputatı Xanlar Fətiyev mərasimi yarımçıq tərk edib. Belə ki, isti hava şəraitinə dözə bilməyən deputat sürücüsünə onu aparmasını tapşırıb. Çıxışçıların fikirlərinin yekunlaşmasını gözləməyən Fətiyev avtomobilinə əyləşərək, ərazini tərk edib. Bu isə mərasim iştirakçılarının diqqətindən yayınmayıb.

Doğrudan da Gəncədə sabitliyin bərpası üçün canından keçən iki qəhrəman polisin dəfnində sonadək qalmamaq, onun deputat olaraq nə statusuna yaraşmamaqla yanaşı, həm də seçicilərinə hörmətsizlikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru