"Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır"

11-07-2018, 21:47           
"Azərbaycan özəl pensiya fondlarının yaradılmasında maraqlıdır"
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gündəlikdə yer alan mövzudur.

teref.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur:

"Bu, kompleks məsələdir və onu qısamüddətli təhlillə həll etmək mümkün deyil. Bu prosesi dəqiqliklə təhlil etmək lazımdır ki, bu da çox vaxt tələb edir".

Nazir qeyd edib ki, Azərbaycan özəl pensiya fəaliyyətinin inkişafında maraqlıdır və bununla bağlı özəl sektorun təkliflərini dinləməyə hazırdır:

"Özəl pensiya fondlarının yaradılması və onların inkişafı öz növbəsində özəl sektorun inkişafını dəstəkləyəcək. Bu gün Azərbaycanda həyatın yığım sığortası qüvvədədir ki, bunu özəl pensiya fondlarına alternativ kimi qəbul etmək olar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru