“Bakı Metropoliteni”ndən yolun çökməsinə SƏRT REAKSİYA - FOTO

15-07-2018, 13:34           

"Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş verən çökmənin meto tikintisilə heç bir əlaqəsi yoxdur".

Bu sözləri Publika.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əsassız iddiadır: "Əməkdaşlarımız hadisənin baş verdiyi ərazidə olublar. Çökmənin yaxınlıqda gedən metro tikintisi ilə heç bir əlaqəsi yoxdur. Hadisə yerində zəruri tədbirlər görülür. Ümid edirəm ki, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi müəyyənləşdiriləcək".

***

Paytaxtın Nəsimi rayonunda yol təxminən 8 metr dərinliyində çöküb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə küçəsində, yeni tikilən metrostansiyasının yaxınlığında baş verib.

Belə ki, hadisə bu saatlarda baş verib. Yol çökməmişdən əvvəl həmin yoldan iki avtomobil keçib və bu vaxt çökmə hadisəsi baş verib. Hər iki avtomobilə ciddi zərər dəyib.

Hadisə şahidləri yolda hər hansı bir qəzanın baş verməməsi üçün avtomobillərin giriş-çıxışına qadağa qoyan nişanları yola düzüb. Sürücülərin verdiyi məlumata görə, bununla bağlı polisə məlumat verilib. Hazırda polis əraziyə baxış keçirir, əraziyə müvafiq qurumlar dəvət olunub.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, bu gün günorta saatlarında sözügedən yolda boru çəkilməsi üçün qazıntı işləri aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.