Müasir tarixin ən zəngin adamının adı açıqlanıb

17-07-2018, 08:31           
Müasir tarixin ən zəngin adamının adı açıqlanıb
"Amazon"un yaradıcısı Ceff Bezos müasir tarixin ən zəngin adamı olub.

Trend-in məlumatına görə, Ceff Bezosun sərvəti 150 milyard dolları keçib. Bu il onun sərvəti 52 milyard dollar artıb. Onun ən yaxın izləyiciləri "Microsoftun" yaradıcısı Bill Qeyts və investor Uorren Baffetdir.

Beləliklə, "Amazon"un rəhbəri "Forbes"un ilk reytinqi çıxdığı vaxtdan (1982-ci il) ən böyük sərvətə malik insandır.

Bundan əvvəlki rekord Bill Qeytsdə məxsus olub. Onun 1999-cu ildə sərvəti 100 milyard dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru