"Nikoyl Bank” iflas edir? - 45 milyon manat zərər

17-07-2018, 22:11           
"Nikoyl Bank” iflas edir? - 45 milyon manat zərər
"Nikoyl Bank”ın bu ilin I yarısı üzrə maliyyə göstəriciləri məlum olub.

Qlobal.az-ın məlumatına görə, tia.az bankın hesabatına istinadən xəbər verir ki, rekord zərər qeydə alınıb. Belə ki, 2017-ci ilin birinci yarısında 580 min manat xalis mənfəət əldə edən Bank bu ilin eyni dövründən 45,861 milyon manat zərərlə çıxıb.

6 ay ərzində "Nikoyl Bank”ın faiz gəlirləri 32,601 milyon manat, faiz xərcləri 8,338 milyon manat, qeyri-faiz gəlirləri 3,545 milyon manat, qeyri-faiz xərcləri 10,239 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 63,43 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə "NikoylBank”ın aktivləri 446,473 milyon manat olub ki, bu da illik müqayisədə 8% çoxdur. Bunun 207,978 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,8% böyüyüb.

Hesabat dövründə "Nikoyl Bank”ın öhdəlikləri 5,7% artaraq 392,524 milyon manata çatıb. Bunun 257,077 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 9,6% böyüyüb.

Maliyyə qurumunun Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyiisə 7,45% azalaraq 37,3 milyon manata düşüb.

İl ərzində "Nikoyl Bank”ın balans kapitalı isə 28,8% artaraq 53,949 milyon manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru