Dövlət qulluğunda pensiya almaq hüququna malik olmayanlara müavinətin təyinatı qaydasına dəyişiklik edilib

18-07-2018, 07:47           
Dövlət qulluğunda pensiya almaq hüququna malik olmayanlara müavinətin təyinatı qaydasına dəyişiklik edilib
Nazirlər Kabineti "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 4 fevral tarixli 7 nömrəli qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən qərarın adında, preambulasında və 1-ci hissədə "qulluğunda xidmət illərinin minimum həddinə" sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına" sözləri ilə əvəz edilib.

Həmin qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə:

2.1. adında və 1-ci hissədə (hər iki halda) “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz olunub. Habelə 2.2. 2-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəzlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru