“MİQ imtahanını keçirənlərin tədris proqramından xəbərləri yoxdur”

18-07-2018, 10:04           
“MİQ imtahanını keçirənlərin tədris proqramından xəbərləri yoxdur”
“16 iyuldan Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün imtahanlara başlayıb. İlkin olaraq imtahanda ibtidai sinif müəllimləri iştirak ediblər. Elə imtahan başlayan kimi təqdim edilmiş test tapşırıqlarında səhvlər və qüsurlar ortaya çıxmağa başladı”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, təhsil nazirliyi iştirakçılara təqdim etdiyi test tapşırıqlarını onlara təqdim etmir ki, iddiaçı həm səhv etdiyi suallara aydınlıq gətirsin, həm də əlində fakt olsun:

“İkinci çatışmazlıq odur ki, imtahan iştirakçıları test tapşırıqları ilə bağlı şikayət, irad və etirazlarını bildirmək istədiyi bir qurum tapa bilmirlər. Sualların məzmunu ilə bağlı şikayət etmək istəyən müəllimliyə namizədlər Təhsil Nazirliyinə müraciət ediblər. Onlar da deyib ki, bəs biz bu məsələlərə qarışmırıq. Onları göndəriblər TİPİİ adlı quruma, onlarda deyib ki, bəs biz imtahan keçiririk, amma bu bizlik deyil.

Mən deyəndə ki, MİQ imtahanlarını DİM keçirsin, onda əsasım var idi:

1. DİM keçirdiyi bütün növ imtahanların öncədən proqram və ədəbiyyat siyahısını təqdim edir.
2. DİM keçirdiyi bütün növ imtahanlarda təqdim olunan test nümunəsini təqdim edir.
3. DİM keçirdiyi bütün növ imtahanlardan sonra apellyasiya komisiyası yaradır, imtahanın gedişi, test tapşırıqları ilə bağlı kinin nə sualı, iradı, şikayəti varsa, gəlir, birbaşa həm DİM - in rəsmi nümayəndəsinə, həm də test tapşırığını seçən, yazan adama sözünü deyir. Və həqiqətən də irad da azda olsa həqiqət varsa, bu iddiaçının xeyrinə həll olunur.

Yoxsa Təhsil Nazirliyinə keçən il keçirilən imtahandakı test tapşırığı ilə bağlı müraciətimə 1 ildir ki, cavab verən yoxdu. Ümid 2023-cü ilədir və səbirsizliklə gözləyirəm”.

Ekspert həmçinin bildirib ki, həm də DİM-ə test tapşırığı ilə bağlı irad tutanda müraciət edənə elmi cavab yazırlar:

“İbtidai sinif müəllimi olmaq istəyən iddialara test tapşırıqları 1-4 cü sinif proqramını əhatə etməli olduğu halda, 7-8 sinifin materiallarından test tapşırığı təqdim olunub. Bu onu göstərir ki, MİQ imtahanını keçirənlərin tədris proqramından xəbərləri yoxdur.
Səhv test tapşırığına görə bu işi həyata keçirənlər vəzifəsindən azad edilməli, hər səhv test tapşırığına görə iştirakçılara 2 bal verilməlidir. Çünki onlar kiminsə səriştəsiz və məsuliyyətsizliyinə görə o test tapşırığına çox vaxt sərf ediblər, stress keçiriblər.
Bir neçə səhv test tapşırığı nümunəsi də təqdim edirəm. Bu məndə olan səhv test tapşırığı nümunələrindən bir hissəsidir.

2-ni də əlavə edim:
1) mücərrəd mənalı sözləri soruşulan test tapşırığında 2 variantda da mücərrəd var idi .
2)16 iyul saat 9-da olan imtahanda 37-ci sualda yanlışlıq olub. Kvadratlarla bağlı sual. Doğru cavab verilmiş cavablar arasında olmayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.