İlin I yarısında Naxçıvanın avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb

21-07-2018, 07:25           
İlin I yarısında Naxçıvanın avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb
2018-ci ilin I yarısında Naxçıvan Muxtar Respublikasının avtomobil yollarında cəmi 1 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxışında bildirib.

Nazir qeyd edib ki, hadisə nəticəsində 1 nəfər ölüb, xəsarət alan olmayıb. Bu dövrdə 148 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru