Bu sürücülər 50 manat cərimə ediləcək – VİDEO

21-07-2018, 08:09           
Bu sürücülər 50 manat cərimə ediləcək – VİDEO
Avqustun 1-dən etibarən xarici dövlətlərin baza modeli əsasında istehsal edilmiş və texniki baxışdan keçməyən avtomobillərin sürücülərinin cərimələnməsinə başlanılacaq.
Xezerxeber.az-ın məlumatına görə, vaxtın azlığına baxmayaraq Zabratda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzinə müraciət edən sürücülərin sayı çox azdır.

Müayinə mərkəzindən ” Xəzər Xəbər” ə verilən məlumata görə, müddətin bitməsinə 11 gün qalsa da ölkə üzrə müayindən keçməli avtomobillərin cəmi 16 % – i yoxlanışdan keçib. Elə biz də çəkiliş zamanı müayinə mərkəzinə gələn avtomobillərin sayının çox az olduğuna şahid olduq.

Müayinə mərkəzindən bildirilir ki, ən çox avtomobillərin işıq cihazlarında nasazlıq aşkarlanır. Ümumiyyətlə, müayinəyə vaxtında müraciət edən sürücünün aşkarlanan nasazlığı təmir etdirib yenidən müraciət etmək imkanı olur. Müayinəni son günə saxladıqda isə sürücülər uzun növbə gözləməli olurlar.

Əgər sürücülər bu müddət ərzində yoxlanışdan keçməzsə, 50 manat miqdarında cərimə olunacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru