Zaqatalada yenə zəlzələ olacaq!..- "Mavi"lərin uşaqlarımız (!) üçün konsertindən sonra...- VİDEO
28-07-2018, 21:41

Üzümü tuturam müstəqil(!) dövlətimə xidmət etməli olan Zaqatala rayon rəhbərliyinə: “Xahiş edirəm deyin, bu cür tədbirlərin Azərbaycanın milli dəyərlərinə, uşaqlarımızın gələcəyinə bir dəxli varmı?..”
...Allah bu xalqa daxili və ya xarici düşmənindən, yaxud təbiətdən qaynaqlanan heç bir faciə göstərməsin. Yazıqdı bu kasıb-kusub... Amma son 25-26 ildə kasıblı-varlılı bu torpaq üstdə o qədər günahlar edirik ki, Yaradanın səbrinə -hələ bu ölkəni canlı-cansızlarla birlikdə yerin 7-ci qatına gömmədiyinə heyran qalırsan...
Bu dəqiqələrdə “Facebook”da oxudum ki, Zaqatalada, cinsi azlıqların uşaqlar üçün konserti təşkil edilib... Videosinu da təqdim edirik... Bu, ilk dəfə deyil, sonuncu dəfə səhv etmirəmsə, 2017-ci ilin mayında da belə bir konsert keçirilmişdi o rayonda...
Bu torpaq üstündə yarım əsrdən çoxdur nəfəs alan bir vətəndaş, özü də torpağını itirmiş bir vətəndaş kimi üzümü tuturam daim tribunalardan milli dəyərlərin qorunmasından danışan, milli musiqimizə, muğamımıza, sazımıza böyük dəyər verən, bu sahələrin inkişafı üçün vəsait ayıran müstəqil(!) dövlətimə xidmət etməli olan hörmətli Zaqatala rayon rəhbərliyinə:” Xahiş edirəm, deyin görək, cinsi azlıqların keçirdiyi konsertlərin, digər tədbirlərin bizim milli dəyərlərimizə, dinimizə, imanımıza bir dəxli varmı? Bunun bizim uşaqlarımızın əsl Azərbaycan vətəndaşı, türk-müsəlman övladı kimi böyüməsinə bir yardımı varmı?.. Varsa, bizə bunu sübut edin, bu cinsi azlıqlara qayğı göstərək, daha da çoxalsınlar...”
P.S. Bir neçə il öncə Zaqatalada güclü zəlzələ olmuşdu. Bu yaxınlarda da, deyəsən, babat təkanlar baş verimişdi. Amma belə getsə, Allah göstərməmiş, yenə olacaq... Üzr istəyirəm, loru dildə deyirəm ki, hamı başa düşsün, “petux”ların konsertindən sonra... Niyəsini öyrənmək üçün bilməyənlər Quranımızı diqqətlə oxusun...
Sultan Laçın