Etibar Pirverdiyevə məxsus olduğu deyilən park yandı və ya yandırıldı - FOTO

29-08-2018, 19:58           
Xaçmaz şəhərində yerləşən Səməd Vurğun adına park yanıb.

Yenicag.az xəbər verir ki, bu gün parkın yandığını görən şəhər sakinləri əraziyə dərhal yanğınsöndürmə briqadası çağırıblar.

Hadisə şahidlərinin sözlərinə görə, parkı tanımadıqları saqqallı bir nəfər yandırıb.

Sakinlər iddia edir ki, Səməd Vurğun parkını “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev hansısa yolla əlinə keçirib. Belə ki, əvvəllər parkdan şəhər sakinləri istirahət üçün istifadə edə bilirdilərsə, bir müddət əvvəl park hasara alınıb və buraya giriş dayandırılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğının qarşısı alınıb. Ancaq çoxlu sayda ağac yanaraq məhv olub.

Əraziyə polis əməkdaşları da gəlib.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Etibar Pirverdiyevə məxsus olduğu deyilən park yandı və ya yandırıldı - FOTO













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru