YPX əməkdaşı təhlükə yaradaraq xidmət aparır - VIDEO

29-08-2018, 20:33           
YPX əməkdaşı təhlükə yaradaraq xidmət aparır - VIDEO
Patrul avtomobilinin dayandığı yerdən bir neçə metr sonra təhlükəsizlik adacığı varBanner
Bəzən YPX əməkdaşları patrul avtomobillərini yolun hərəkət hissəsində saxlayıb xidmət aparırlar. Bu isə bəzən qəzalara səbəb ola bilir. Avtosfer.az-ın oxucusu elektron ünvanımıza video göndərib. Belə ki, Heydər Əliyev prospektinin sonunda sağ zolaqla Şah İsmayıl Xətai küçəsinə (Təhsil Nazirliyi tərəfə) dönəndə yolun sağ hərəkət hissəsində dayanan 99 YP 428 dövlət nömrə nişanlı patrul avtomobili hərəkət hissəsini tutub. Özü də avtomobil elə yerdə dayanıb ki, yola girişdə görünmür və qəfildən qarşıya çıxır. YPX əməkdaşı isə yolun sol zolağında dayanaraq xidmət aparır.

Maraqlıdır ki, patrul avtomobilinin dayandığı yerdən bir neçə metr sonra təhlükəsizlik adacığı var. Yəqin ki, DYP rəhbərliyi bölgü apararkən bunu nəzərə alacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru