Rəzalət: iki nazirlik 1-ci sinif şagirdlərinə porno nağıl oxudur – Foto
1-09-2018, 11:23

Orta məktəblərdə 1-ci sinif şagirdlərinə yay tətili ərzində oxumağa verilən nağıl kitabında rüsvayçılıq üzə çıxıb.
AzEuroNews.com-un xəbərinə görə, “Göy mincix” adlı nağılda müəllif həm məzmun, həm orfoqrafik olaraq ağzına gələnləri yazıb.
Məsələ sosial şəbəkələrdə sərt etiraz doğurub və əxlaqsızlıq kimi qiymətləndirilib.
Həmin nağıl nagillar.az saytında da yerəşdirilib. Nağılın məzmunu isə qızın müəmmalı şəkildə hamilə qalması və qardaşlarının uşağın kimdən olduğunu aydınlaşdırmaq istəməsidir.

Ən dəhşətlisi budur ki, nə Təhsil Nazirliyi, nə 1-ci sinifi yeni bitirən şagirdlərə bu kitabları paylayan müəllimlər həmin nağılla tanış olublar.
Nağılın savadsız yazılması, hər sətirin başdan-ayağa orfoqrafik səhvlərlə dolu olması da bir ayrı məsələdir.
Məsələn, muncuğu mıncıx kimi yazan “müəllif”in bu kitabının məktəblərə necə ayaq açması, nazirliyin hara baxması heyrət doğurmaya bilmir.
Həddi-bluğa çatmamış uşağa belə bir məzmunda nağıl verən müəllif və müəllim öz övladlarına bu məzmunu oxudarmı?
Bəs təhsil naziri Ceyhun Bayramov necə, yay tətilini başa vurub, bu faktla bağlı araşdırma aparılmasına göstəriş verəcəkmi?
Məqsəd nədir, bu təhsillə gələcəyimizi necə qurmaq və görmək istəyirlər? Bu “müəllif”lər hardan peyda olublar? Sadəcə, belə bir absurda cavab tapmaq olmur…
Siz bu sayta http://www.nagillar.az/article/a-6.html daxil olaraq övladlarınıza hansə nağılların oxudulduğunu görə bilərsiniz. Məsələn, “Yanğın nağılı” da “Göy Mincix”dan geri qalmır.
Qeyd edək ki, saytda layihənin prezidentin 2009-cu il sərəncamına əsasən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Kompütür Oyunları Milli Asossiyasiyası tərəfindən həyata keçirildiyi vurğulanıb.