Təhsil Naziri oğluna təmtəraqlı toyu bu oteldə edir - Qiymətlər dodaq uçuqladır

2-09-2018, 09:02           
Təhsil Naziri oğluna təmtəraqlı toyu bu oteldə edir  - Qiymətlər dodaq uçuqladır
Bu gün təhsil naziri Ceyhun Bayramovun ailəsində əlamətdar günlərdən biridir.

Teref.az" AzPolitika.info”ya istinadən xəbər verir ki, Azərbaycanın ən gənc nazirlərindən olan C.Bayramov oğlunu evləndirir.

Toy mərasimi Bakının ən prestijli restoranlarından birində - "JW Marriott Absheron Baku” otelinin mərasim zalında düzənlənib. Toyda 800-ə yaxın qonağın iştirak etdiyi bildirilir.

Təhsil nazirinin kiminlə quda olduğunu dəqiqləşdirə bilmədik. 22 yaşlı bəyin isə Londonda təhsil aldığı deyilir.

Azərbaycanın hakim elitasının bir çox nümayəndələri toyda iştirak edir. Məlumatlı mənbənin bildirdiyinə görə, gənc təhsil naziri toyda hakim ailənin nümayəndələrinin də iştirakına nail olmağa çalışıb. Lakin buna nail olub-olmadığı haqda məlumat yoxdur.

C.Bayramovun rəhbərlik etdiyi nazirlikdən kimlərin toya dəvət aldığına gəlincə, mənbənin məlumatına görə, dəvətlilər arasında Təhsil Nazirliyindən cəmi 3 nəfər var. Onlardan 2-si təhsil nazirinin müavinləridir.

Onu da qeyd edək ki, "JW Marriott Absheron Baku” restoranında qiymətlərin 250 manatdan 500 manata qədər dəyişdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.