Avtovağzalda biletin qiymətindən əlavə pul alınır? - Video

3-09-2018, 07:37           
Avtovağzalda biletin qiymətindən əlavə pul alınır? - Video
Mingəçevir avtovağzalından Bakıya bilet alan şəxs kassadan ona əlavə pul yazıldığını iddia edir. Maraqlıdır ki, pulunu ödəyib biletini alan şəxsə üstəlik başqa bir çek də verilir. Məsələni yerində araşdırmışıq.

Mingəçevirdən Bakıya gedən sərnişin ondan artıq pul alındığını iddia edir. Kassaya yaxınlaşan şəhər sakini bilet almaq üçün nə qədər ödəniş edəcəyini soruşub. Bu zaman ondan 7 manat 40 qəpik əvəzinə, 8 manat alınıb. Həmin sərnişin aldığı biletin şəkilini çəkərək televizyamızın votsap nomrəsinə göndərib.

Teref.az xezerxeber.az-a istinadən yazır ki, Biletin üstünə 60 qəpik yazılmış əlavə çek də tikilib. Əməkdaşlarımız məsələni yerində araşdırıb. Mingəçevir avtovağzalından həmin iddiaya cavab isə belə olub. Sərnişin bilet alıb bu gün paytaxta yola düşürsə 7 manat 40 qəpik,ə gər sabah və ya 10 gün sonra üçün sifariş edirsə bu zaman əlavə olaraq 60 qəpik ödəməlidir. Baş dispetçer Behçət Məmmədov əvvəlcədən satılan biletlər üçün alınan muzd haqqının bütün avtovağzallarda tətbiq edilidiyini və qanunusuz olmadığını bildirib.

Mingəçevirdən Bakıya gedən digər sərnişinlər də əvvəlcədən bilet aldıqda əlavə olaraq 60 qəpik ödəniş etdiklərini bildirdilər.

Qeyd edək ki,Tarif Şurasının qərarı ilə yeni tariflərin qəbul edilməsindən əvvəl Mingəçevirdən Bakıya gediş haqqı 5 manat, əvvəlcədən bilet aldıqda isə əlavə olaraq 50 qəpik ödəniş edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.