Rusiya Azərbaycanla neft, qaz və elektrik enerjisi rüsumlarına dair saziş layihəsini təsdiqləyib

4-09-2018, 07:13           
Rusiya Azərbaycanla neft, qaz və elektrik enerjisi rüsumlarına dair saziş layihəsini təsdiqləyib
Rusiya hökuməti Azərbaycan və Rusiya arasında neft, təbii qaz və elektrik enerjisinin idxal və ya ixracı zamanı alınan gömrük rüsumları və digər ödənişlərin dövlət büdcəsinə köçürülməsinin tənzimlənməsinə dair saziş layihəsini təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yer alıb.

Bildirilir ki, saziş layihəsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2016-cı ilin dekabrında Bakıda baş tutan iclasının yekununda Rusiya və Azərbaycan arasında gömrük işi sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru