“Rabitə Bank” dövlət qulluqçularına belə kələk gəlinir... - FOTO

6-09-2018, 12:47           
“Rabitə Bank”  dövlət qulluqçularına belə kələk gəlinir... - FOTO
“Rabitə Bank” KB dövlət qulluqçularını 0% komissiya adı altında aldadır.

Teref.az kommersant.az-a istinadən xəbər verir ki, sözügedən bank “Dövlət qulluqçularına çox özəl kredit” adı altında dövlət qulluqçularını müştəri olaraq bankına cəlb etmək istəyir. Reklamında dövlət qulluqçularına 15 min manatlıq krediti 50 ayadək 0% komissiya haqqı ilə təklif edən bank, müştərilərinə vəd etdiyi faiz endirimini yerinə yetirmir. Belə ki, dövlət qulluqçularına özəl olaraq komissiya haqqı tələb etməyən bank, əslində bütün müştərilərindən 1% və ya 1,5% komissiya haqqı tutur.


Dövlət qulluqçularına 3 min manatlıq krediti zaminsiz təklif edən bank, 3 min manatdan yüksək kredit üçün 1 nəfər zamin tələb edir. FİFD-nin 22% təşkil etdiyi kredit 12 aylıq sığortalandığı halda 1% komissiya, 12 aydan 36 ayadək, sığortalanmadığı halda isə 1,5% komissiya haqqı ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru