Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları müəyyən edilib

7-09-2018, 07:57           
Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları müəyyən edilib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”ni təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirildiyinə görə, Xarici Kəşfiyyat Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Müəyyən edilsin ki, bu qərarın icrası ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru