Bakıdakı parkinqlərdə sürücüləri ALDADIRLAR - Pul verməyin

7-09-2018, 12:44           
Bakıdakı parkinqlərdə sürücüləri ALDADIRLAR - Pul verməyin
"Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir”Banner
Ölkə başçısının 6 iyulda imzaladığı Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması Bakı Nəqliyyat Agentliyinə (BNA) həvalə edilib. Bu fərmana görə, indiyədək Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan parkinqlər də BNA-nın nəzarətinə verilib. Hazırda Bakının bir çox yerlərdində parkinq üçün nəzərdə tutulan ödəniş terminalları işləmir. Əvəzində əlində xüsusi aparat olan şəxslər avtomobilini park etmək istəyən sürücülərin başının üstünü kəsdirib 1 saat üçün 1 manat ödəniş tələb edirlər. Əgər 1 manat ödəniş edib avtomobili 2 saat ərzində müəyyən olunan yerdə saxlayıbsınızsa, əlavə olaraq 1 manat da ödəməlisiniz. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin əməkdaşı Mais Ağayev sözügedən şəxslərin BNA-nın əməkdaşı olmadığını bildirib: "Hazırda Bakı Nəqliyyat Agentliyilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesi gedir. Parkinqlərə nəzarət bizə verilsə də, təhvil-təslim prosesi yekunlaşmadığından hələlik tam olaraq, BNA-nın balansında deyil”.

BNA rəsmisi sürücülərdən parkinq haqqı alan şəxslərin hansı qurumun əməkdaşı olduqlarını bilmədiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru