İşsizlik yardımı alan qaçqınların lüks avtomobilləri müsadirə edildi ...

8-09-2018, 22:51           
İşsizlik yardımı alan qaçqınların lüks avtomobilləri müsadirə edildi ...
Almaniyada işsizlik yardımı alan qaçqınların lüks avtomobilləri polis tərəfindən müsadirə edilib. AzEuroNews.com xəbər verir ki, hadisə Almaniyanın Duisburq şəhərində qeydə alınıb. Belə ki, şəhərin Homberq qəsəbəsindəki İş Mərkəzi (Job Center) ətrafında keçirilən əməliyyat zamanı işsizlik yardımı alanların lüks avtomobilləri idarə etdiyi müəyyən olunub.

Foto © Duisburq polisi
Polis tərəfindən müsadirə edilən avtomobil sahiblərinə dövləti aldatma, vergidən yayınma, saxta sənəd əldə etmək kimi maddələrlə cinayət işi açılıb. Polisin əməliyyatı zamanı 3 nəfər də saxlanılıb.

Foto © Duisburq polisi
Məlumat üçün üçün qeyd edək ki, Duisburq polisi keçən həftə buna bənzər bir əməliyyat keçirib. Belə ki, türk, kürd və ərəb kökənli 70 ailənin işsizlik yardımı almaq üçün saxta sənədlər hazırladığı ortaya çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru