İşğal olunmuş torpaqlarımızdan yeni GÖRÜNTÜLƏR – Videonu çəkən ağladı…

11-09-2018, 16:17           
İşğal olunmuş torpaqlarımızdan yeni GÖRÜNTÜLƏR – Videonu çəkən ağladı…
İşğal altında olan torpaqlarımızdan yeni görüntülər yayılıb.

Minval.info xəbər verir ki, iki gün öncə çəkilən videoda Cəbrayıl rayonu əks olunub. Xudafərin körpüsünü də lentə alan şəxs ürək yanğısını gizlədə bilməyib. O, kədərli şəkildə torpaqlarımızın düşmən tapdağında olmasına narazılığını bildirib.
Videonun İran sərhəddindən çəkildiyi bildirilir.

Cəbrayıl rayonu 25 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.

2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyi “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru