Bu şirkətin şor və pendirini yemək təhlükəlidir - ƏHALİYƏ RƏSMİ XƏBƏRDARLIQ

13-09-2018, 14:39           
Bu şirkətin şor və pendirini yemək təhlükəlidir - ƏHALİYƏ RƏSMİ XƏBƏRDARLIQ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşhur şirkətin məhsullarında bakterioloji çirklənmə faktı aşkar edib.

AQTA-dan Mia.az-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində "BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən "BMS Aqro” MMC-yə "Ketchi” əmtəə nişanı altında satılan "Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru