İlhamə Quliyeva hücuma məruz qaldı - Bakıda gecə davası

16-10-2015, 12:19           
İlhamə Quliyeva hücuma məruz qaldı - Bakıda gecə davası
Oktyabrın 15-i, saat 02:00-da xalq artisti, Şöhrət ordenli İlhamə Quliyeva qalmaqal yaşayıb.

Azərfax xəbər verir ki, 8-ci mikrorayon ərazisində yerləşən Tennis Akademiyasının qarşısında xalq artisti və iki kişinin olduğu “Hunday Sonata” markalı avtomobillə, içərisində iki xanım olan “Şevrolet” markalı avtomobil üz-üzə gəlib. İ.Quliyeva avtomobildən düşərək, xanımların ünvanına belə deyib:

“Mən bunları tutdurmuşdum, indi çöldə nə gəzirlər?”

Xalq artisti xanımların onu zəhərləmək istədiklərini bildirib.

İttiham tərəflərindən biri - “Şevrolet”in sərnişini də İlhamə xanımın ona xələl yetirmək, bıçaqlatdırmaq istədiyini deyib.

Qarşılıqlı ağır ittihamlarla müşahidə olunan mübahisə zamanı hər iki tərəf “102” polis xidmətinə zəng edib. Məhz bundan sonra tərəflər hadisə yerindən uzaqlaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru