Xalq artisti Rəmişdən üzücü xəbər

24-01-2019, 19:00           
Xalq artisti Rəmişdən üzücü xəbər
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu “Səni axtarıram” proqramından birbaşa klinikaya göndərilib.

Aparıcı Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.

Bu məqamda qeyd edək ki, Rəmişin xəstə olması barədə ilk dəfə prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” proqramında məlumat vermişdi. O, ifaçının müalicə xərcinin 10 min manat olduğunu açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.